21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş nazir: Ukrayna 2 il ərzində Aİ-yə daxil olmaq istəyir

30.01.2023

Ukrayna Avropa İttifaqına (Aİ) üzv olmaq üçün çalışır və yaxın 2 il üçün görüləcək işlər planı da çox sıxdır.

"DM" xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal "Politico” nəşrinə müsahibəsi zamanı deyib.

Şmıqal qeyd edib ki, bu həftə ərzində ilk dəfə olaraq Ukrayna ərazisində tarixi Aİ-Ukrayna sammitinin əsas müzakirə mövzusu ölkəsinin İttifaqa qəbul edilməsi olacaq.

"Ukraynanın Aİ-yə daxil olmaq planı çox iddialıdır və beləliklə də, biz gözləyirik ki, 2023-cü ildə danışıqların ilkin mərhələsini artıq həyata keçirə biləcəyik" – Şmıqal əlavə edib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron söyləmişdi ki, Ukraynanın Aİ-yə qoşulması prosesi onilliklər çəkə bilər. Həmçinin ötən ilin iyun sammiti zamanı Ukraynanın Aİ-yə namizədlik statusunun verilməsini dəstəkləyən Aİ üzv ölkələrin liderləri də xüsusi olaraq qeyd etmişdilər ki, ölkənin ittifaqa qoşulması hələ bir neçə il çəkə bilər, Serbiya, Türkiyə və Monteneqro kimi namizəd ölkələr 1999-cu ildən indiyə kimi uzun illərdir gözləyirlər.