21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əməliyyat zamanı Vasif Tağıyevin bədənindən altı qəlpə çıxarılıb

30.01.2023

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı xəsarət alan Mahir İmanov və Vasif Tağıyev vətənə gətirilərək Bakıda xəstəxanaya yerləşdiriliblər.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı hər iki mühafizəçi qəlpə xəsarətləri alıb.

Terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev hadisə zamanı 6 qəlpə xəsarəti alıb. Tehranda keçirilən və 5 saata yaxın davam edən əməliyyatla qəlpələr onun bədənindən çıxarılıb. Həmçinin səfirliyin digər mühafizəçisi Mahir İmanov da bədənində aşkar edilən qəlpələrə görə əməliyyat edilib.

Hər iki yaralının yaxın günlərdə xəstəxanadan ambulator müalicəyə buraxılacağı bildirilib.