Tehranın polis rəisi vəzifəsindən kənarlaşdırılıb
27.01.2023
Tehranın polis rəisi general Hüseyn Rəhimi vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.
İranın Baş Polis Komandanlığının əmri ilə general Abbasəli Məhəmmədiyan Tehranın polis rəisi vəzifəsinə təyin edilib.
O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub.
Tehranın keçmiş polis rəisi general Rəhimi isə "Fəraca” İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.