Neftin qiyməti bahalaşır
12.02.2018
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 63,34 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 59,83 dollar təşkil edib.
"DM"