Laçın-Xankəndi yolundan RSK-nın 43 maşını keçib
26.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
"DM" xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-nə məxsus 2 maşın Laçından Xankəndiyə, 2 maşın isə Xankəndidən Laçın istiqamətinə hərəkət edib. Səhər saatlarından indiyədək Laçın istiqamətindən RSK-nın 21, Xankəndi istiqamətindən isə 22 maşını aksiya keçirilən ərazidən maneəsiz keçib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.