21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qərbi Azərbaycan İcması Ermənistandan kompensasiya tələb edir

26.01.2023

Azərbaycanlılara qarşı törədilmiş bütün hüquq pozuntuları kimi mülkiyyət hüququnun pozulmasının nəticələrinin aradan qaldırılmasına görə də Ermənistan hökuməti məsuliyyət daşıyır.

"DM" xəbər verir ki, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd edilib.

Bildirilib ki, Ermənistan hökuməti azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir.

Ermənistan hökuməti azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir.