Milli Məclisdə Hacıqabul gölünün bərpası müzakirə ediləcək
26.01.2023
Milli Məclisdə Hacıqabul gölünün bərpası müzakirə ediləcək.
"DM" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.
Sessiya müddətində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi ilə əlaqədar birgə müzakirələr keçirilməsi nəzərdə tutulur.