Parlamentdə bu ərazinin ekoloji vəziyyəti müzakirə ediləcək
26.01.2023
Milli Məclisdə Qarabağ iqtisadi rayonu ərazisinin ekoloji vəziyyətə dair müzakirələr keçiriləcək.
"DM" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.
Sessiya müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bu müzakirələr təşkil olunacaq.