NATO-nun müdafiə nazirlərinin görüşəcəyi tarix məlum olub
26.01.2023
NATO ölkələri müdafiə nazirləri 14 fevral tarixində Brüsseldə görüşəcəklər.
Görüşdə Ukraynaya silah tədarükü ilə bağlı təmas qrupunun iclası keçiriləcək.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
"Müdafiə nazirləri Baş katib Yens Stoltenberqin sədrliyi ilə fevralın 14-15-də NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşəcəklər. Fevralın 14-də NATO-nun mənzil-qərargahında ABŞ-nin rəhbərliyi ilə Ukrayna üzrə təmas qrupunun ayrıca iclası keçiriləcək”, - deyə məlumatda qeyd edilib.