21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident “Gömrük tarifi haqqında” Qanunda dəyişik edib

26.01.2023

"Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, aşağıdakı məzmunda 20.0.23-cü maddə əlavə edilib:

"siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə”.

Bundan başqa, dövlət başçısı "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 27 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar fərman imzalayıb. 

Müəyyən edilir ki, "Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.23-cü (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin Qanunun 20.0.23-cü maddəsində "orqan (qurum)” dedikdə birinci halda Nazirlər Kabineti, ikinci halda Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.