03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Keçmiş MTN polkovniki Ali Məhkəməyə müraciət edib

26.01.2023

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi polkovnik Bahadır Qocayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Məlumata görə, artıq şikayət Ali Məhkəməyə təqdim edilib və hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində (LDU) prorektoru vəzifəsində çalışıb. MTN-in sabiq vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.

B.Qocayev barəsində cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Qocayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.