03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ mediası: Kremlin Qarabağ planında hədəf Nikoldur

26.01.2023

Rusiya Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və Ermənistan hökumətini Moskvanın nümayəndəsi ilə əvəz etməyə çalışır.

"DM" xəbər verir ki, bu barədə "Vaşinqton Tayms” qəzeti məlumat yayıb.

"Moskva Qarabağ üzərində nəzarətini gücləndirir və Ermənistana hakim olmaq üçün regionda çaxnaşma yaradır. 2022-ci ilin noyabrında Moskvanın məsləhəti ilə Ruben Vardanyan Qarabağa yeni "administrasiya rəhbəri” təyin edilib. Vardanyan indi Kreml tərəfindən İrəvanın xarici siyasətini Qərbə yönəltməklə Moskvanı özündən uzaqlaşdıran Baş nazir Nikol Paşinyanın yerinə hazırlaşır. O, Ermənistanın yeni lideri olduğunu iddia edir, Kremlin tam diplomatik, maliyyə və media dəstəyi ilə növbəti parlament seçkisində iştirak etməyə yönəlib. Rusiyanın ən varlı adamlarından biri olan Vardanyan Putinə yaxınlığı ilə tanınır. O, ölkənin "prezident ekspert şuraları”nda çalışıb və Kremlin rəhbərlik etdiyi Primakov Xarici Siyasət Əməkdaşlıq Mərkəzinin həmtəsisçisi olub. Mərkəz Sovet hakimiyyətinin ən aqressiv antiqərb şəxslərindən birinin adını daşıyır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Vardanyan ofşor şirkətlər vasitəsilə pulların yuyulmasında və Putinin nüfuzlu yaxınlarına pul köçürməsində ittiham olunur:

"2022-ci ilin martında Avropa Parlamentinin üzvləri Vardanyanın 2011-ci ildə "Sberbank”ın tərkibinə daxil olan "Troyka Dialoq” investisiya bankının rəhbəri kimi fəaliyyətinin araşdırılmasına çağırıblar. Nəticə etibarı ilə məlum olub ki, "Troyka Dialoq” Rusiyadan pulların yuyulması ilə məşğul olan geniş ofşor şirkətlər şəbəkəsi yaradıb. Qarabağa "rəhbərlik” edəndən sonra Vardanyan qanunsuz yolla regionun Azərbaycana məxsus mis, molibden və qızıl yataqlarını ələ keçirib. Rusiya hərbçiləri tərəfindən qorunan sərvətlər ətraf mühitin mühafizəsi qaydalarına zidd olaraq talan edilib. Azərbaycan hakimiyyəti ekspertlərə mədənlərə giriş icazəsi verilməsini tələb etsə də, bu, dəfələrlə rədd edilib. Azərbaycan ekofəalları separatçı anklavdan təbii sərvətlərin çıxarılmasının qarşısını almaq üçün aksiyalar keçirməklə onlara cavab verib. Vardanyanın strategiyası təkcə etniklərarası düşmənçiliyi qızışdırmaq və Rusiyanın Ermənistan üzərində nəzarətini bərpa etməyə kömək etmək deyil, həm də Xəzər hövzəsindən Avropaya enerji təchizatını dayandırmaqdır. Ukraynadakı müharibə Rusiyanı AB-nin əsas enerji təchizatçısı statusundan məhrum edib. Buna cavab olaraq Kreml Avropanı əsas alternativ qaz və neft mənbələrindən birini Azərbaycandan məhrum etməyə çalışır. Azərbaycan hazırda AB-nin ondan çox ölkəsini, həmçinin Almaniya, İtaliya, Niderland krallığını və İspaniyanı enerji ilə təmin edir. Regionda qeyri-sabitlik yayılarsa, Avropa ilə Xəzəri birləşdirən həyati əhəmiyyətli enerji infrastrukturuna təxribat riskləri artacaq”.

Vurğulanır ki, Vardanyanın hakimiyyətə gəlməsi İranın da Cənubi Qafqazda rolunu artıracaq:

"Onun İranla əlaqələri müxtəlif ölkələrdə, o cümlədən İrəvanda Tehran rəsmilərinin iştirakı ilə tədbir təşkil edən Rusiyanın Qorçakov Fondu vasitəsilə bəlli olur. İran isə Azərbaycana qarşı getdikcə daha çox düşmənçilik edir və Rusiyanın bütün Cənubi Qafqazda neoimperiya siyasətini dəstəkləyir. Rusiyanın Qarabağa və Ermənistana güc proqnozu dərin sabitliyi pozur. Bu, daha geniş bölgəni Türkiyə, NATO, Rusiya və İranı birləşdirən münaqişəyə sürükləyə bilər. Sabitliyin daha da pozulmasının qarşısını almaq üçün Vaşinqton və Brüssel Qarabağdakı rus qoşunlarını beynəlxalq sülhməramlı kontingentlə əvəz etməli, İrəvanla Bakı arasında Cənubi Qafqaza sülh gətirməyə yönəlmiş ikitərəfli strategiya həyata keçirməlidirlər”.