Ermənistanda 15 hərbçinin öldüyü yanğınla bağlı daha bir cinayət işi açılıb
26.01.2023
Ermənistanda hərbi hissədə 15 nəfərin ölümü ilə nəticələn yanğınla bağlı hərbi hissənin təminat rəisi barəsində cinayət işi açılıb.
"DM""Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmət zamanı məsuliyyətsizlik, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanıb.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan, Qeqarkunik vilayətinin Azat kəndində yerləşən N saylı hərbi hissədə baş vermiş yanğın zamanı 15 nəfər hərbçi ölüb, 7 nəfər çoxsaylı yanıq xəsarətləri alıb.