Pentaqon sərhəddə 5,2 min hərbçi göndərəcək
30.10.2018
ABŞ Müdafiə Nazirliyi yaxınlaşan mühacir karvanının qarşısını almaq üçün həftənin sonunadək Meksika ilə sərhədə 5,2 min əsgər göndərmək barədə planını təsdiqləyib.
Interfax informasiya agentliyi xəbər verir ki, ABŞ generalı Terrens Con Oşugnessi Daxili Təhlükəsizlik Nazirliyində keçirilən mətbuat konfransında bunun başlanğıc olduğunu və sərhəddə hərbçilərin sayının daha da artırılacağını bildirib.
Ötən həftə 7,2 min nəfərdən çox mühacir karvanının Meksikadan keçərək ABŞ sərhədinə yaxınlaşdığı barədə məlumat yayılmışdı. Onların arasında Honduras, Salvador, Qvatemala vətəndaşları çoxluq təşkil edir.
ABŞ Prezidenti Donald Tramp mühacirlərədən geri dönərək vətəndaşlıq almaq üçün qanuni şəkildə müraciət etməyi tələb edib.
Xatırladaq ki, Donald Tramp oktyabrın 22-də mühacir axını səbəbindən Qvatemala, Salvador və Hondurasa yardımların həcminin azaldılacağını bildirmişdi.