Türkiyədə güclü zəlzələ baş verib
25.01.2023
Türkiyənin Muğla vilayətinin Seydikəmər rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 41 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkan ətraf əyalətlərdə də hiss olunub.