Həştərxanın "Volqar” klubunun müdafiəçisi Roman Loktionov 7 il fasilə ilə iki tamamilə eyni qol vurub.
"Dövran Media" xəbər verir ki, idmançının cərimə zərbəsindən uzaq məsafədən vurduğu qolları klubun rəsmi İnstaqram səhifəsi paylaşıb.
Müdafiəçi oktyabrın 27-də Vladiqafqaz "Spartak”ı ilə qarşılaşmanın 17-ci dəqiqəsində fərqlənib. 2011-ci ildə isə idmançı eyni məsafədən, eyni rəqibə qarşı görüşün 17-ci dəqiqəsində cərimə zərbəsindən fərqlənməyi bacarmışdı.
Hər iki oyunda Loktionovun qolu ilə həştərxanlılar qələbə qazanıb.