21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rinkeviçs: Türkiyənin bu tələblərinə hörmətlə yanaşmalıyıq

25.01.2023

"Türkiyənin təhlükəsizliklə bağlı legitim tələblərinə hörmətlə yanaşmalıyıq".

"DM" xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs finlandiyalı həmkarı ilə Riqada keçirdiyi mətbuat konfransında deyib.

"Hazırkı zamanda biz Türkiyənin təhlükəsizliklə bağlı legitim tələblərinə hörmətlə yanaşmalıyıq və Türkiyənin keçmişinin fərqində olmalıyıq, bunu nəzərə almalıyıq", Latviya xarici işlər naziri qeyd edib.

O əlavə edib ki, ümumilikdə isə təhlükə ilə əhatə olunmuş bu ölkələrin NATO-ya üzvlüyü sürətli olmalıdır: "Bu proses yalnız bizim regionun deyil, bütövlükdə alyansın təhlükəsizlik marağındadır.

Siyasətçilər olaraq biz anlayırıq ki, seçki kampaniyaları müəyyən məsələlərin həlli prosesini çətinləşdirir. Mən ümid edirəm ki, həll yolu Türkiyənin legitim maraqlarına, ümumi alyansımızın maraqlarına və Finlandiyanın və İsveçin maraqlarına uyğun olacaq. Diplomatiya zaman alır, lakin inanıram ki, nəticə müsbət olacaq".