BP-nin mənfəəti artıb
30.10.2018
Bu ilin üçüncü rübündə BP şirkətinin xalis mənfəəti 3,84 milyard dollar olub.
BP xəbər verir ki, şirkətin hesabat dövründəki faiz və vergisiz mənfəəti 6,72 milyard dollar təşkil edib.
Bu göstəricilərlə BP-nin üçüncü rübdəki mənfəəti proqnozları üstələyib. Belə ki, analitiklər qeyd edilən dövrdə şirkətin xalis mənfəətinin 2,32-3,23 milyard dollar aralığında, faiz və vergisiz mənfəətinin isə 5,46 milyard dollar olacağını proqnozlaşdırırdı.