Milli Məclis yeni medalların təsis ediməsini qəbul edib
30.10.2018
"Dövran Media" Trend-ə istinadən məlumat verir ki, Azərbaycanda yeni medallar təsis edilib.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmətə verilən töhfəyə görə" medalının və "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Hər iki dəyişiklik səsə qoyularaq qəbul edilib.