Səfir: Rusiya ordusu “M1 Abrams” tanklarını məhv edəcək
25.01.2023
ABŞ administrasiyası "M1 Abrams” tanklarını, habelə NATO ölkələrinin digər hərbi texnikasını Ukraynaya tədarük etmək qərarına gələrsə, Rusiya ordusu onların hamısını məhv edəcək.
"DM" xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
ABŞ-ın Kiyevə tankların göndərilməsi ehtimalı ilə bağlı Amerika KİV-dəki nəşrləri şərh edən Antonov deyib: "Ukrayna böhranı zamanı ABŞ administrasiyası Kiyevə əhəmiyyətli dərəcədə silah və texnikanın çatdırılmasından öncə mediada məlumat dərc etmək texnikasından dəfələrlə istifadə edib.
Rəsmi Vaşinqtonun atdığı addımların ardıcıllığı göstərir ki, ABŞ hər zaman öz marionetlərinə hərbi yardımın dəyərini yüksəldirlər. Bu, Rusiya Silahlı Qüvvələrinin yeni qələbələr qazandığı zaman daha da aydın görünür”.
"Şübhəsiz ki, "M1 Abrams” tanklarının Kiyevə təhvil verilməsi ilə bağlı qərar qəbul olunarsa, bütün digər NATO texnikaları kimi, ABŞ tankları da hərbçilərimiz tərəfindən məhv ediləcək”, - deyə səfir əlavə edib.