03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanı kimlər təmsil edəcək?

30.10.2018

Dekabrın 2-dən 11-dək Botsvana Respublikasında keçiriləcək Yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO-2018) Azərbaycanı təmsil edəcək şagirdlərin adları məlum olub.
Təhsil Nazirliyindən bildirilib ki, bunlar Murad Bəşirov, Sirac Yəhyazadə (Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya), Xanım Yaqublu, Əjdər Fərzullazadə (Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyi), Sədiyar Qafarov (Kimya-biologiya təmayüllü respublika liseyi) və Məhəmməd Yusifovdur (Fizika-riyaziyyat və İnformatika təmayüllü lisey).
Sentyabrın 29-da reallaşan ilkin seçim imtahanında uğur qazanan 35 şagird üçün oktyabr ayı ərzində dərslər keçirilib. Oktyabrın 28-də isə ikinci seçim imtahanı təşkil olunub. İmtahan beynəlxalq proqrama uyğun test və açıq tipli tapşırıqlardan ibarət olmaqla iki mərhələdə keçirilib. Seçim imtahanının yekun nəticələri olimpiada.edu.az saytında elan edilib.
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil edilən elm yarışıdır. Azərbaycan məktəbliləri 2004-cü ildən etibarən bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.