12 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Ukrayna öz vətəndaşlarını Gürcüstandan təxliyə edə bilər

24.01.2023

Ukrayna səfirliyi ukraynalıların Gürcüstandan təxliyəsini istisna etmir.

"DM" xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov "Evropeyskaya Pravda”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bərpa ediləcəyi və Rusiya Federasiyasından Gürcüstana kütləvi axın olacağı təqdirdə təhlükəsizlik məqsədilə ukraynalıların Gürcüstandan təxliyəsi istisna edilmir.

"Birbaşa hava əlaqəsi bərpa olunarsa və real təhlükəsizlik riskləri artarsa, səfirlik Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən kütləvi təxliyəsinə köməklik məsələsini müzakirə etmək üçün beynəlxalq təşkilatlarla, beynəlxalq tərəfdaşlarla əlaqə saxlamağın mümkünlüyünü istisna etmir”, - deyə Kasyanov Ukrayna nəşrinə müsahibəsində bildirib.