12 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Rusiya "Leopard" ilə bağlı Almaniyaya xəbərdarlıq edib

24.01.2023

"Leopard” tanklarının Ukraynaya təhvil verilməsi Rusiya Federasiyası ilə Almaniya arasında münasibətlərə yaxşı heç nə vəd etmir və istər-istəməz onların gələcək inkişafına təsir göstərəcək.

"DM" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu cür tədarüklər münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Onlar, şübhəsiz ki, bu münasibətlərin gələcəyində qaçılmaz iz buraxacaqlar", - Putinin mətbuat katibi "Berlinin Kiyeva Leopard tanklarının tədarükünə icazə verəcəyi təqdirdə Rusiya-Almaniya münasibətlərinə hansı şəkildə təsir edəcək?" sualına cavabında vurğulayıb.

Peskovun sözlərinə görə, hazırda Rusiya Federasiyası ilə Almaniya arasında münasibətlər artıq kifayət qədər aşağı nöqtədədir. Kreml rəsmisi qeyd edib ki, Almaniya ilə, Avropa İttifaqının digər ölkələri və Şimali Atlantika Alyansı ilə heç bir substantiv dialoq müşahidə olunmur.

Qeyd edək ki, Berlində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransında çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın "Leopard” tankları ilə bağlı qərarının tezliklə veriləcəyini açıqlayıb.