Boris Pistorius: Ukraynaya “Leopard” tanklarının göndərilməsi mürəkkəb məsələdir
24.01.2023
"Leopard" tanklarının Ukraynaya göndərilib-göndərilməməsi ilə bağlı hələ qərar verilməyib.
"DM" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO Baş katibi Yens Stoltenberqlə Berlində keçirdiyi mətbuat konfransında deyib.
"Bu istiqamətdə heç bir yenilik yoxdur. Biz öz qərarımızı hazırlayırıq və tezliklə açıqlayacağıq”, - Almaniya müdafiə naziri deyib.
O deyib ki, "Leopard" tankları olan müttəfiqlər Ukrayna qüvvələrinə bu istiqamətdə təlimə başlaya bilərlər və Almaniya buna etiraz etmir.
Müdafiə naziri vurğulayıb ki, tankların göndərilməsi sadə məsələ deyil, bu, mürəkkəb məsələdir.
"Ukraynanın dəstəkləməli və Rusiya aqressiyasına qarşı biz öz həmrəyliyimizi göstərməliyik, bu çox vacibdir. Biz 2023-cü ilin yazı üçün Ukraynaya hərbi yardım paketini hazırlayırıq. İndiyə qədər Ukraynaya 3.3 milyard avro yardım etmişik. ABŞ və Britaniya ilə birgə biz Ukraynaya yardım edən əsas ölkələr arasındayıq", - nazir əlavə edib.