Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyi irəli sürüləcək
24.01.2023
Xəbər verdiyimiz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmi olaraq Azərbaycana təhvil verilib.
"DM" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.