Naxçıvanda bu dövlət qurumunda yoxlama aparılır
24.01.2023
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.
"DM" xəbər verir ki, yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır. Qurumun mətbuat xidməti xəbəri təsdiqləyib.
Bildirilib ki, plana uyğun olaraq kompleks yoxlamalar aparılır və bu barədə mətbuata yaxın günlərdə geniş məlumat veriləcək.