21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Finlandiya NATO-ya üzvlük müraciətini İsveç olmadan davam etdirə bilər

24.01.2023

Finlandiya NATO-ya üzvlük müraciətini İsveç olmadan davam etdirməyi nəzərdən keçirə bilər.

"DM" xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto "Yle"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Finlandiyanın İsveçlə çiyin-çiyinə NATO-ya daxil olmaq istəyi qalır: "Finlandiya və İsveçin təhlükəsizliyi baxımından bir nömrəli variant hələ də ölkələrin eyni zamanda NATO-ya üzvlük üçün səy göstərməsidir”.

Bununla belə, nazir telefonla verdiyi müsahibədə bildirib ki, İsveçin müraciəti daha uzun müddət gecikdirilərsə, Finlandiya NATO-ya üzvlük ərizəsini İsveçlə eyni vaxtda təşviq etmək məsələsinə yenidən baxmalı olacaq.

Ancaq Haavistonun fikrincə, məsələ ilə bağlı qəti mövqe bildirmək hələ tezdir.

Finlandiya XİN başçısı əlavə edib ki, İsveçdəki etirazlar bu ölkənin və Finlandiyanın NATO-ya müraciət prosesində açıq maneəyə çevrilib.

"Bu etirazçılar Finlandiya və İsveçin təhlükəsizliyi ilə oynayırlar”, - Haavisto vurğulayıb.

Finlandiyalı nazirin sözlərinə görə, etirazçıların məqsədi Türkiyəni təhrik etmək, vətəndaşların və siyasətçilərin fikirlərinə təsir etməkdir. Haavisto bildirib ki, bu etirazlar Türkiyədə şok yaradır, təəssüfləndirir və danışıqlara hazır olmasını təxirə salır.

Nazirin sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ən azı Türkiyədə keçiriləcək seçkilərə, yəni mayın ortalarına qədər təxirə salınacaq.

Nazir deyib ki, Finlandiya, İsveç və Türkiyə yazın əvvəlində vəziyyətin qiymətləndiriləcəyi yeni üçtərəfli görüş təşkil etməyə çalışır.

Xatırladaq ki, son həftələr İsveçdə Türkiyə əleyhinə etiraz aksiyaları keçirilib və bu, iki ölkə arasında münasibətləri gərginləşdirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsveç Türkiyənin NATO-ya üzvlüyünü dəstəkləməsini gözləməməlidir.