Azərbaycandan tranzit keçən nəqliyyat vasitələrindən yol vergisi alınacaq
24.01.2023
Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.
"DM"-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Beləliklə, həmin nəqliyyat vasitələri üçün yol vergisi aşağıdakı kimi olacaq:
Ölkə ərazisində qaldığı müddət
Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda
Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda
Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
1 aya qədər
15 ABŞ dolları
20 ABŞ dolları
40 ABŞ dolları
3 aya qədər
30 ABŞ dolları
40 ABŞ dolları
60 ABŞ dolları
1 ilə qədər
40 ABŞ dolları
80 ABŞ dolları
120 ABŞ dolları
1 ildən yuxarı
40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları
80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları
120 ABŞ dolları+ 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları
Həmçinin təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar, o cümlədən nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi 38 tondan 41 tonadək olduqda Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün verginin 0,15 ABŞ dolları artırılmasına dair müddəa da ləğv olunur.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələrinə tətbiq olunan yol vergisinin dərəcələri çoxpilləli olduğundan yol vergisinin hesablanması, bəyan olunan malların tərkibindəki təhlükəli yüklərin müəyyən edilməsi və onun dərəcələrinin təyin edilməsi xeyli vaxt itkisinə səbəb olur ki, bu da dövlət sərhəd buraxılış məntəqəsinin ərazisindən keçmə vaxtına mənfi təsirini göstərir.