Laçın-Xankəndi yolunda ekofəalların aksiyası 44 gündür davam edir
24.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"DM" xəbər verir ki, aksiya bütün gecə boyu havanın şaxtalı olmasına baxmayaraq səhərə qədər davam edib.
Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ekofəallar aksiyanın 44-cü günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.