Aİ Ukraynaya əlavə 500 milyon avro ayıracaq
23.01.2023
Avropa Sülh Mexanizmi çərçivəsində Ukraynaya əlavə 500 milyon avro ayrılacaq.
"DM" xəbər verir ki, bu barədə bu gün Brüsseldə Aİ XİN rəhbərlərinin iclasında siyasi konsensus əldə olunub.
İclasda həmçinin Aİ-nin Ukraynaya Yardım Missiyası (EUMAM) çərçivəsində ukraynalı əsgərlərin təlimi üçün 45 milyon avro ayrılması barədə razılığa gəlinib.