Rusiya və Estoniya arasında diplomatik qalmaqal böyüyür
23.01.2023
Estoniya Xarici İşlər Nazirliyi yanvarın 23-də Rusiya səfiri Vladimir Lipayevə estoniyalı diplomatın Moskvanı tərk etməsi ilə eyni vaxtda ölkədən çıxması barədə göstəriş verib.
"Rusiya ilə münasibətlərimiz paritet prinsipinə əsaslanır. Bu o deməkdir ki, Rusiya səfiri Estoniyanın Rusiyadakı səfiri ilə eyni vaxtda ölkəni tərk edəcək”, - deyə qurumun "Twitter” səhifəsində qeyd edilir.
Mənbə: TASS