Badamdar sürüşmə sahəsində VƏZİYYƏT NECƏDİR?
30.10.2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin son nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib.