Türkiyə hökuməti İsveçin NATO-ya üzvlüyünü müzakirə edir
23.01.2023
Ankarada Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, iclas zamanı İsveçin paytaxtı Stokholmda Türkiyəyə qarşı PKK terror təşkilatının tərəfdarları tərəfindən həyata keçirilən təxribatlar, İsveç hakimiyyətinin buna göz yumması və iki ölkə arasında münasibətlərdə artan gərginlik fonunda İsveçin NATO-ya üzvlük prosesi də müzakirə olunacaq.