Volodin: ABŞ-ın sanksiyaları Rusiya ilə İranı bir araya gətirir
23.01.2023
ABŞ-ın İran və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar iki ölkəni bir araya gətirəcək.
"DM" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İranla Rusiya arasında münasibətlər həqiqətən inkişaf edib:
"İran və Rusiya münasibətləri faydalı və real olmalıdır. Əməkdaşlıq memorandumunun imzalanması iki ölkə arasında münasibətləri dərinləşdirəcək”.
Vyaçeslav Volodin, İran parlamentinin nümayəndə heyətinin 2023-cü ildə Moskvada keçiriləcək təhlükəsizlik konfransında iştirak edəcəyinə ümidini ifadə edib: "Biz müstəqil dövlətlərlə dünyada ədalətli struktur və çoxqütblü dünya istəyirik. Ölkələr öz taleyini və gələcəyini sərbəst şəkildə seçməlidir”.