Aİ İrana qarşı dördüncü sanksiyalar paketini qəbul edib
23.01.2023
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri bu gün İrana qarşı dördüncü sanksiyalar paketini razılaşdırıb.
Bu barədə İsveçin Aİ sədrliyinin "Twitter” səhifəsində məlumat verilib.
"XİN başçılarının bugünkü iclasında nazirlər İrana qarşı yeni sanksiyalar paketini qəbul ediblər. Avropa İttifaqı İran hakimiyyətinin dinc nümayişçilərə qarşı qəddar və qeyri-mütənasib güc tətbiqini qətiyyətlə pisləyir”, - deyə məlumatda qeyd olunub.