Tramp İtaliyanın miqrantlarla bağlı mövqeyini dəstəkləyir
30.10.2018
İtaliyanın miqrantlarla bağlı mövqeyi ilə razıyam.
ANSA agentliyi xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün "Twitter” hesabında yazıb.
"Baş nazir Cüzeppe Konte ilə bir çox məsələləri, o cümlədən İtaliyanın qeyri-leqal miqrasiya məsələsi ilə bağlı hazırkı sərt mövqeyini müzakirə etdim. Onların mövqeyi ilə tam razıyam və ABŞ da qeyri-leqal miqrasiya ilə mübarizədə sərt tədbirləri qəbul edir. İtaliyanın baş naziri iqtisadiyyat sahəsində də cidd-cəhdlə çalışır və uğur əldə edəcəyini düşünürəm”, - D.Tramp qeyd edib.