03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Roqozin yaralanma anından danışıb

23.01.2023

Yaralanan gün mən Maryinka yaxınlığındakı poliqonda könüllü snayperlərin təlimində iştirak edirdim. Ordan mehmanxanaya qayıtdıqda isə atəş başladı. Həmin axşam otelə 7 ədəd 155 mm çaplı yüksək dəqiqlikli mərmi atılıb. Onlardan beşi partladı, ikisi isə az qala ayağımın dibinə düşəcəkdi, xoşbəxtlikdən partlamadı.

"DM" xəbər verir ki, bunu "Roskosmosun” keçmiş rəhbəri Dmitri Roqozin deyib.

Roqozin bildirib ki, mərmi parçası ilə yaralanıb və beyin silkələnməsi alıb:

"Yaramın ağır olduğu ortaya çıxdı. Bir mərmi parçası çiynimə girib və boyunda beşinci və altıncı fəqərələr arasında ilişib qalıb. Yanvarın sonunda Donbasa qayıtmaq niyyətim var. Kosmik dövlət korporasiyasındakı keçmiş həmkarlarım həmin gün atəşin baş verdiyi ərazinin peyk şəkillərini mənə təqdim ediblər.

Bizə atəş açan döyüş heyətini izləməyə davam edirik və ümid edirəm ki, mən qayıdanda onlar tapılıb məhv ediləcək”.

O, qisas almağı şərəf məsələsi adlandırıb, çünki atışma zamanı iki yoldaşı həlak olub:

"Əlbəttə, həm kişi, həm də zabit kimi mən sadəcə olaraq "Qisas əməliyyatı” həyata keçirməliyəm”.