21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Təyyarə qəzası: 189 nəfər öldü - VİDEO

29.10.2018

İndoneziyada "Boinq 737” sərnişin təyyarəsi qəzaya düşüb.
"Dövran Media" xəbər verir ki, "Lion Eyr” aviaşirkətinə məxsus təyyarə Cakarta aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib.
Hadisə şahidləri təyyarənin dənizə düşdüyünü bildiriblər. İddialara görə, təyyarənin göyərtəsində, ekipaj da daxil olmaqla, 189 nəfər olub.
***
Təyyarə Yava adasının qərb sahillərinə düşüb. Axtarış-xilasetmə tədbirləri başlayıb.
"Sinxua” agentliyi təyyarənin qəzadan əvvəl aeroporta geri qayıtmaq barədə xəbərdarlıq etdiyini yazıb.
***
Bakı vaxtı ilə saat 03:20-də JT-610 reysi ilə Cakartadan Pankalpianq şəhərinə uçan Boinq 737-800 təyyarəsi cəmi 13 dəqiqə sonra radarlardan yoxa çıxıb.
"Lion Eyr” şirkəti təyyarənin 2018-ci ilin avqustunda istifadəyə verildiyini bildirib.
Şirkət təyyarədə olanların sayını da açıqlayıb. Bildirilib ki, təyyarədə 181 sərnişin və 4 heyət üzvü olub.
İndoneziya nəqliyyat təhlükəsizliyi üzrə komitənin sədri təyyarənin qalıqlarının dənizin 30-40 metrliyində olduğunu bildirib.
Təyyarədə 181-189 sərnişin olduğu bildirilib.
***
İndoneziya Fövqəladə Halların Aradan Qaldırılması Komissiyasının nümayəndəsi təyyarədə olanların hamısının öldüyünü deyib.
Onun sözlərinə görə, artıq 1 nəfərin meyiti sudan çıxarılıb.
"Cakarta Post” qəzeti isə İndoneziya Maliyyə Nazirliyinin 20 əməkdaşının da qəza zamanı təyyarədə olduğunu yazıb.
***
Qəzada kiminsə sağ qaldığına artıq heç bir inam yoxdur.
İndiyə qədər cəmi 6 şəxsin meyiti sudan çıxarılıb. Həmçinin axtarış-xilasedici dəstə suyun üzünə çıxan bir neçə şəxsiyyət, sürücülük vəsiqələrini də əldə edib.
Yerli medianın məlumatına görə, ölənlərin hər birinin ailəsi dövlət sığorta şirkətindən 50 milyon rupi (3 min dollardan çox) təzminat alacaqlar.