Laçın-Xankəndi yolundakı aksiya 43-cü gündür davam edir
23.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"DM" xəbər verir ki, aksiya bütün gecə boyu havanın şaxtalı olmasına baxmayaraq səhərə qədər davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ekofəallar aksiyanın 43-cü günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.