İsveç müdafiə naziri: Türkiyə ilə əlaqələr çox önəmlidir
21.01.2023
İsveçin müdafiə naziri Pol Yonson yanvarın 27-də Türkiyəyə planlaşdırılmış səfərinin təxirə salınmasını təsdiqləyib.
"DM" xəbər verir ki, bu barədə İsveç müdafiə naziri "Twitter" hesabında bildirib.
"Dünən Almaniyanın Ramşteyn şəhərindəki ABŞ hərbi bazasında türkiyəli həmkarım Hulusi Akarla görüşdüm. Biz qərara gəldik ki, Ankarada planlaşdırılan görüşü daha sonraya təxirə salaq.
Türkiyə ilə əlaqələrimiz İsveç üçün çox önəmlidir və biz, ümumi təhlükəsizlik və müdafiə məsələləri üzrə dialoqun daha sonra davam etdirilməsini səbrsizliklə gözləyirik", - müdafiə naziri qeyd edib.