Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv edib
21.01.2023
Ankara İsveçin müdafiə naziri Pol Yonsonun Türkiyəyə planlaşdırılan səfərini ləğv edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bəyan edib.
O, PKK terror təşkilatı tərəfdarlarının Qurani-Kərimə qarşı təxribatlarını və Stokholmda Türkiyə səfirliyi qarşısında Türkiyə əleyhinə nümayiş keçirmək üçün İsveç polisindən icazə almasını kəskin tənqid edib.
"Buna qarşı reaksiya göstərməmək qəbuledilməzdir. Mütləq tədbir görmək lazım idi”, - deyə nazir bildirib.
"Hazırda İsveçin müdafiə naziri Yonsonun yanvarın 27-də Türkiyəyə səfəri mənasızdır. Ona görə də biz səfəri ləğv etdik”, - deyə Hulusi Akar əlavə edib.
Mənbə: Haber Global