Xankəndi-Laçın yolunda RSK-nın 5 avtomobilinin hərəkətinə şərait yaradılıb
21.01.2023
Xankəndi-Laçın yolunda sülhməramlıların 5 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB-3
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"DM" xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin minik maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 5-ə çatıb.