Koronavirusla bağlı SON STATİSTİKA
20.01.2023
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 614 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 169 nəfər müalicə olunaraq sağalıb, hazırda 378 aktiv xəstə var. Bu günə qədər 10 067 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 050, bu günə qədər isə ümumilikdə 7 468 434 test icra olunub.