Laçın-Xankəndi yolundan RSK-ya məxsus 12 avtomobil keçib
20.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
"DM" xəbər verir ki, hazırda aksiya yerindən Laçından Xankəndi istiqamətinə 2 minik, 10 yük avtomobili keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.