ABŞ Ukraynanı özünümüdafiəsi üşün sona qədər dəstəkləyəcək
20.01.2023
Ukraynanın özünü müdafiəsinə və gələcək təhdidlərin qarşısını almasına yardım etmək məqsədilə 50 ölkə ayağa qalxıb.
"DM" xəbər verir ki, bunu Almaniyanın Ramşteyn aviabazasında keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun 8-ci iclasında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
"Putin 11 ay öncə ehtiyatsız və səbəbsiz işğalını başlatdığı zaman biz düşündük ki, Ukrayna sadəcə olaraq çökəcək. O isə düşündü ki, dünya üzünü başqa yerə çevirəcək. Lakin Putin Ukrayna xalqının cəsarətini, Ukrayna hərbçilərinin bacarığını hesablamamışdı”, - müdafiə naziri bildirib.
Pentaqon rəhbəri qeyd edib ki, indi həm dünya, həm də Ukrayna üçün həlledici andır: "Bu Ukrayna üçün həlledici andır. Dünya üçün həlledici onillikdir. Ona görə də heç bir səhv olmamalıdır. Biz Ukraynanın özünümüdafiəsini lazım olduğu qədər dəstəkləyəcəyik”.
Lloyd Ostin əlavə edib ki, Rusiyanın Ukraynanın teatrlarına, enerji obyektlərinə, idman arenalarına və mədəni-tarixi mərkəzlərinə hücum etməkdə məqsədi ukraynalıların ruh yüksəkliyini sarsıtmaqdır, lakin onlar uğursuzluğa düçar olublar.