Lloyd Ostin: İran Rusiyaya silah tədarükünü etiraf etmir
20.01.2023
İndi Rusiyanın İran və Şimali Koreya kimi tərəfdaşları belə ona yardım etdiyini etiraf etmir.
"DM" xəbər verir ki, bunu Almaniyanın Ramşteyn aviabazasında keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun 8-ci iclasında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
"Rusiyanın sursatları tükənir və böyük döyüş itkilərinə məruz qalır. O, faciəvi və qeyri-zəruri işğalının təmin edilməsi üçün üzünü qalan bir neçə tərəfdaşına çevirir. Hətta İran və Şimali Koreya Rusiyanı təchiz etdiklərini etiraf etmirlər”, - Ostin bildirib.