Ermənistana üçüncü elektrik xətti çəkilişi il sonuna qədər yekunlaşa bilər
20.01.2023
Ermənistanla İran arasında üçüncü yüksək gərginlikli elektrik xəttinin tikintisinin ilin sonuna qədər başa çatdırılması kifayət qədər realdır.
"DM" xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastrukturlar nazirinin müavini Hakob Vardanyan Sünik vilayətində keçirdiyi brifinqdə bildirib.
Nazir müavini qeyd edib ki, Ermənistanla İran arasındakı üçüncü yüksək gərginlikli xəttin tikintisinə 2006-cı ildə başlanılsa da faktiki olaraq işlər 2015-2016-cı illərdə görülüb:
"2018-ci ilin fevral-mart aylarında aparılan təkrar danışıqlara qədər ümumi işin cəmi 1-2 faizi görülmüşdü. Xəttin tikintisi üzrə genişmiqyaslı işlərə isə 2018-ci ilin fevral-mart aylarında başlanılıb”.