Şeyx: Biz İranın ögey qardaşı imişik
20.01.2023
İrəvan və Tehranın qardaşlaşmış şəhər olması ilə bağlı bəyanat vermişəm. Orada hər şeyi ətraflı qeyd etmişəm. Əlbəttə, bu halı mənfi hesab edirəm.
"DM" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında bütün Qafqazın şeyxi Allahşükür Paşazadə deyib.
Şeyx İrandan bu cür hərəkətləri gözləmədiyini bildirib:
"Mən öz qardaşlarımdan bunu gözləmirdim. Biz onlara qardaş deyirik. Biz İranı belə tanıyırdıq. Gördük ki, bu qardaşın başqa qardaşı da var imiş. Biz ögey qardaş imişik. Onlar səhvlərini başa düşərlər ki, tarixdə böyük səhv edərlər. Ümumiyyətlə, İslam tarixində də böyük səhvdir ki, bunu da ümid edim başa düşərlər. Mən hələ ümid edirəm ki, səhvlərini başa düşüb qayıdacaqlar. Yenə də qonşu dövlətdir. Şeyx kimi istərdim ki, bütün dövlətlərlə münasibətlərimiz yaxşı olsun. Eyni zamanda da İranla. Amma İran bu addımları atmamalıdır. Bizə qardaş deyəndə yalandan deməməlidir".