Səfir:“20 yanvar şəhidləri Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçiblər”
20.01.2023
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
"DM"-nın məlumatına görə, diplomat bununla bağlı özünün sosial şəbəkədəki hesabından paylaşım edib.
"Bu gün 20 yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm. Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, - deyə diplomat bildirib.