03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AYİB Azərbaycan şirkətinə 4,2 mln. dollar kredit ayırır

19.01.2023

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqı Azərbaycanda dairəvi iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Bank qurğuşun turşusu akkumulyatorlarının təkrar emailı ilə məşğul olan "Az-Lead” şirkətinə 4,2 milyon ABŞ dollarına qədər kredit ayırır.

"DM” bankın yaydığı məlumata istinadən xəbər verir ki, şirkət istifadə müddəti bitmiş qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri istehsal edir. Əməliyyat Avropa Dayanıqlı İnkişaf Fondu (ADİF) zəmanəti ilə dəstəklənəcək.

İnvestisiya şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və "Az-Lead”ə aylıq istehsalını 500-dən 800-ə və nəhayət, 1000 tondan çox artırmağa imkan verəcək. Bu, şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna potensial artan tələbatı ödəməyə imkan verəcək.

Maliyyələşdirmə ilə yanaşı, bank, həmçinin kiçik və orta müəssisələr (KOB) üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə (ƏMSİ) yolunda şirkətə dəstək verəcək.

Bu investisiya layihəsi Şərq Tərəfdaşlığı regionunda Aİ-nin İqtisadi və İnvestisiya Planının (İİP) həyata keçirilməsinə töhfə verir. İPP-nin Azərbaycan üçün əsas prioritetlərindən biri yerli müəssisələri dəstəkləyərkən ölkə iqtisadiyyatının şaxələndirilməsi və yaşıllaşdırılmasına kömək etməkdir.

ADİF, Aİ-nin qonşuluğunda bələdiyyə infrastrukturu, nəqliyyat və logistika, sənaye, eləcə də tikinti sektorlarında layihələr üçün mövcud olan risklərin azaldılması alətidir. ADİF zəmanətinin iki strateji prioriteti var: "COVİD-19” pandemiyasından mənfi təsirlənən borcalanlara dəstək olmaq, həmçinin yaşıl iqtisadiyyata keçidi dəstəkləyən layihələr üçün maliyyə axınını sürətləndirmək.

AYİB-in Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bowman qeyd edib: "Biz Azərbaycanda ilk dairəvi iqtisadiyyat layihəmizi dəstəkləməkdən məmnunuq. "Az-Lead” tullantı kimi atılması nəzərdə tutulan akkumulyatorları təkrar emal edir. Bizim dəstəyimizlə şirkət ətraf mühiti qoruyarkən Azərbaycan ixracını artıracaq təkrar emal və saflaşdırma potensialını gücləndirməyi hədəfləyir. Biz Aİ-nin Dairəvi İqtisadiyyat Fəaliyyət Planına tam uyğun olan bu layihəni dəstəkləməkdən məmnunuq”.

Avropa Komissiyasında Aİ-nin Şərq Qonşuluğu və İnstitusional Quruluş üzrə Direktoru Lourens Meredit əlavə edib ki, "Biz Azərbaycan və Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və İnvestisiya Planımıza uyğun olan AYİB-in bu investisiyasını tam dəstəkləyirik. Aİ zəmanətinin dəstəyi sayəsində biz ölkədə yaşıl keçidə öz töhfəmizi veririk və yeni məşğulluq imkanları yaradırıq”.